ABŞ-ın Avropa və Avrasiya Məsələləri üzrə Dövlət Katibi köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək.
Bu barədə Bizim.Media-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumata görə, o, Azərbaycanda hökumət rəsmiləri ilə görüşlər keçirəcək, habelə aprelin 27 28-də Bakıda yer alan missiya rəhbərlərinin konfransına qatılacaq.
Həmin konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz Danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak edəcəklər.
Bizim.Media
![ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir](https://bizim.media/file/articles/2022/04/25/1650890040_cddc.jpg)
- A-
- A
- A+
Dünya
16:31 / 25.04.2022
ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir
Hazırda oxunan: ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir
Hazırda oxunan: ABŞ Dövlət Katibi köməkçisinin müavini Azərbaycana gəlir
71344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.