İngiltərə Cəbəllütariqi İspaniyaya verdi

İngiltərə Cəbəllütariqi İspaniyaya verdi

Hazırda oxunan: İngiltərə Cəbəllütariqi İspaniyaya verdi

7129

BBC-nin verdiyi məlumata görə dünən İngiltərə və İspaniya arasında Cəballütariq-in statusu ilə bağlı rəsmi müqavilə imzalanıb. Müqaviləyə əsasən Cəbəllütariq İngiltərə torpağı olmasına rəğmən İspaniyanın nəzarəti altında olacaq və beləliklə də, Avropa İttifaqı daxilində qalacaq.

İngiltərənin Aralıq dənizindəki müstəmləkəsi olan Cəbəllütariq İngiltərə ərazisi hesab olunur.

 

MÖVZU İLƏ BAĞLI:

Böyük Britaniya artıq Avropa İttifaqında deyil



İngiltərəninin Avropa İttifaqından çıxması və sərbəst gediş-gəlişlərə tətbiq olunacaq məhdudiyyətlər Cəbəllütariq üçün də keçərli olmalı idi.

Lakin Cəbəllütariqin birbaşa əlaqədə olduğu əsas ölkə İspaniyadır. Ölkə bütün işçi qüvvəsini və zəruri ehtiyaclarını İspaniya vasitəsilə təmin edir. Bu səbəblə də, Cəbəllütariqin Avropa İttifaqı sərhədlərindən çıxması kiçik müstəmləkənin vəziyyətini daha da ağırlaşdıracaqdı.

İngiltərə cümə günü rəsmi olaraq Avropa İttifaqından çıxdıqdan sonra Cəbəllütariqə sərbəst gediş-gəlişi təmin etmək üçün İspaniya ilə xüsusi müqavilə imzaladı.

Razılaşmanı İspaniyanın xarici işlər naziri Arança Gonzales Laya İngiltərənin Avropa İttifaqından çıxmasına bir neçə saat qalmış elan edib.

Yeni imzalanmış müqaviləyə əsasən Cəbəllütariq İngiltərənin ərazisi olmasına baxmayaraq İspaniya ilə olan əlaqələri Avropa İttifaqının qanunlarına uyğun şəkildə həyata keçiriləcək.

İspaniya və digər Avropa ölkələrinin vətəndaşları Cəbəllütariqə vizasız səyahət edə biləcəklər.

Ancaq İngiltərə vətəndaşları Cəbəllütariqə gələrkən pasport nəzarətindən keçməli olacaq.

Xatırladaq ki, İngiltərənin Cəbəllütariqdə hərbi dəniz və hava bazaları yer alır. Ölkə İngiltərə kraliçasının təyin etdiyi qubernator tərəfindən idarə olunur. 

Rəvan Əiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO