İsrailə köçən Qalkindən onu “satqın” adlandıranlara CAVAB - “Hakimiyyətlə vətəni eyniləşdirməyin”

İsrailə köçən Qalkindən onu “satqın” adlandıranlara CAVAB - “Hakimiyyətlə vətəni eyniləşdirməyin”

Hazırda oxunan: İsrailə köçən Qalkindən onu “satqın” adlandıranlara CAVAB - “Hakimiyyətlə vətəni eyniləşdirməyin”

71287

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra həyat yoldaşı, keçmiş SSSR-İ Xalq artisti Alla Puqaçova və uşaqları ilə birlikdə İsrailə köçən yumorist Maksim Qalkin pərəstişkarlarına videomüraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, Qalkin vətənini tərketmə səbəblərindən söz açaraq, ona “satqın” deməməyi xahiş edib.

Komediyaçının sözlərinə görə, ulduzlar arasında xüsusi əməliyyatın əleyhinə çıxış edən ilk şəxslərdən sonra o, sadəcə olaraq Rusiyada fəaliyyətini davam etdirmək imkanından məhrum edilib.

“Paylaşım etdim. Sonrakı iki gün ərzində belə oldu: Rusiya hakimiyyəti reklamlarda simamı qadağan etdi, bütün reklam müqavilələrim pozuldu. İkincisi, konsert pulunu itirdim, çünki Rusiyanın müxtəlif şəhərlərində konsert verməli olduğum yerlərdə yerli hakimiyyət orqanları, Rusiya Federal Təhlükəsizlik Xidməti, yerli administrasiya mənim konsertlərimə qadağa qoymağa, bunu pərdəarxasında deyil, hamının gözü önündə etməyə başladılar. Onlar yerli təşkilatçıları qorxutmağa başladılar.

İndi Rusiyada çıxış etmirəmsə, bu, tamaşaçıların bileti təhvil verərək əleyhimə səs verməsi ilə deyil, bu konsertlərin qadağan edildiyi ilə əlaqədardır.
Müvafiq olaraq, konsertlər də yoxdur, reklam çəkilişləri də yoxdur, yaxşı, dincəlmək üçün İsrailə getmişəm, eyni zamanda burada konsertlər planlaşdırmışam, orada mənə çıxış etməyi qadağan etmirlər, tamaşaçı həmişə məni gözləyir. Yəqin ki, məni xəyanətə görə danlamaq çətindir”. 

Videomüraciətin sonunda sənətçi pərəstişkarlarına hakimiyyətlə vətəni eyniləşdirməməyi tövsiyə edib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO