Mariupolda 20 mindən çox dinc sakin həlak olub

Mariupolda 20 mindən çox dinc sakin həlak olub

Hazırda oxunan: Mariupolda 20 mindən çox dinc sakin həlak olub

71205

Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə şəhərin meri Vadim Boyçenko “Ukrayna 24” telekanalının efirində deyib.

Boyçenko, həmçinin qeyd edib ki, qarşı tərəf şəhərdən təxliyə prosesinə əngəl törədir.

"Biz başa düşürük ki, 100 mindən çox insan təəssüf ki, şəhərdə qalıb. Onlar xilas üçün yalvarırlar”, - mer qeyd edib.

Bundan əvvəl BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Mariupoldakı vəziyyətdən narahatlığını bildirib və mülki əhalinin şəhərdən təxliyəsi üçün təcili humanitar yardım çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO