Financial Times: Putin Ukrayna ilə razılaşmaya marağını itirib, istəyir ki...

Financial Times: Putin Ukrayna ilə razılaşmaya marağını itirib, istəyir ki...

Hazırda oxunan: Financial Times: Putin Ukrayna ilə razılaşmaya marağını itirib, istəyir ki...

71199

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibəyə son qoymaq üçün diplomatik səylərə marağını itirib və əvəzində mümkün qədər daha çox Ukrayna ərazisini ələ keçirmək niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” Rusiya prezidentinin planları ilə tanış olan mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, Rusiyanın mart ayında Ukraynanın şimalındakı məğlubiyyətindən sonra Putin münaqişənin həlli üçün heç bir perspektivin olmadığını deyib. 

"Putin Rusiya TV-lərində eşitdiyi boşboğazlıqlara həqiqətən inanır və böyük ərazi ələ keçirmək istəyir". Danışıqlardan xəbərdar olan mənbə belə deyib.

Martın sonunda Moskva və Kiyev İstanbulda keçirilən görüşdə sülh sazişinin ilk layihəsi üzrə razılığa gəliblər, lakin Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyanı Buça və Mariupolda mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə ittiham etməsindən sonra danışıqlar dayandırılıb. Digər tərəfdən, Ukraynanın "Moskva" kreyserini batırması Putini qəzəbləndirib. 

“Razılaşmaya ümid var idi. Putin irəli-geri gedirdi. O, qalib kimi bu vəziyyətdən çıxış yolunu tapmaq istəyir”, - həmsöhbətlərdən biri bildirib. 

"Moskva gəmisi batdıqdan sonra Putin nəyəsə imza atmağın əleyhinə olub", - o, əlavə edib.

“Financial Times”dakı mənbə onu da bildirib ki, Vladimir Putin Zelenski ilə üzbəüz görüşdən yayınır: “O, hər şeyin görüşdən əvvəl həll olunmasını istəyir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO