Fransada keçirilən prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 17:00-a (Bakı vaxtı ilə 19:00) seçici fəallığı 63,23 faiz təşkil edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
Fransada prezident seçkiləri: 2-ci turda 48,7 milyon seçici səs verəcək
Aprelin 24-də yerli vaxtla səhər saat 8:00-da seçki məntəqələri açılıb. Dövlət başçısı olmaq hüququ uğrunda hazırkı prezident Emmanuel Makron və ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen mübarizə aparır.
Fransa prezidenti ümumi birbaşa gizli səsvermə yolu ilə beş il müddətinə seçilir. Seçkilərdə 49 milyona yaxın seçici iştirak edə bilər. Səsvermənin birinci turu aprelin 10-da keçirilib və 12 namizəd iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:20 / 24.04.2022
Fransada seçkilərin 2-ci turunda seçicilərin 63,23%-i səs verib
Hazırda oxunan: Fransada seçkilərin 2-ci turunda seçicilərin 63,23%-i səs verib
Hazırda oxunan: Fransada seçkilərin 2-ci turunda seçicilərin 63,23%-i səs verib
71197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.