Rəsmi Ankaradan Baydenin “erməni soyqırımı” ilə bağlı açıqlamasına sərt REAKSİYA

Rəsmi Ankaradan Baydenin “erməni soyqırımı” ilə bağlı açıqlamasına sərt REAKSİYA

Hazırda oxunan: Rəsmi Ankaradan Baydenin “erməni soyqırımı” ilə bağlı açıqlamasına sərt REAKSİYA

71184

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin qondarma “24 aprel 1915-ci il hadisələrini” “erməni soyqırımı” adlandırdığı bəyanatına sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı nazirliyin mətbuat xidməti yayıb.

XİN bildirib ki, “1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa uyğun olmayan bəyanatların heç bir qüvvəsi yoxdur”.

MÖVZU İLƏ BAĞLI:

Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlamasında bir daha “soyqırımı” ifadəsini işlətdi

 
Həmçinin Türkiyə Xarici İşlər Nazirliyi Baydenin bəyanatını uğursuz adlandırıb və qeyd edib ki, “bu, 2021-ci ildə etdiyi səhvin təkrarıdır”.

"Biz tarixi faktları siyasi motivlərlə təhrif edən bəyanatları və qərarları rədd edir, bu səhvi israr edənləri qınayırıq. Düşmənçilik toxumu səpməkdən başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və seçmə yanaşma mənəvi baxımdan problemlidir və siyasi baxımdan isə zərərlidir. Həmin dövrdə etnik və dini ayrı-seçkilik olmadan əzab-əziyyət çəkən hər kəsin xatirəsi yad edilir”. Bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, Türkiyə Osmanlı İmperiyasının bütün vətəndaşlarının, o cümlədən ermənilərin çəkdiyi əzabların xatirəsini “ehtiramla yad edir” və bunu siyasi məqsədlər üçün istifadə etməməyə çağırır.

Türkiyə bu fikirdədir ki, 1915-ci il hadisələri kimi tarixin mübahisəli epizodları elmi və hüquqi prinsiplərə riayət edilməklə, qərəzsiz şəkildə öyrənilməlidir.

Eyni zamanda, Xarici İşlər Nazirliyi yenə də tarixi faktları və arxivləri öyrənmək üçün komissiyanın yaradılmasını israr edir, hansı ölkənin (Ermənistanı nəzərdə tutulur) onları açmadığını vurğulayır.

“Türkiyə regionda və dünyada sülh və sabitlik, əməkdaşlıq ruhu üçün çalışır. Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü bunu bir daha sübut edir”. Bəyanatda bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden uydurma 1915-ci il hadisələrini ardıcıl ikinci dəfə “erməni soyqırımı” adlandırıb.

Bayden xatırladıb ki, 1915-ci il aprelin 24-də Osmanlı hakimiyyəti erməni ziyalılarının nümayəndələrini və ictimai xadimləri həbs edib və qondarma “erməni soyqırımı” belə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO