Yeni il axşamı Fransa qarışdı - 60 maşın yandırıldı

Yeni il axşamı Fransa qarışdı - 60 maşın yandırıldı

Hazırda oxunan: Yeni il axşamı Fransa qarışdı - 60 maşın yandırıldı

7118

Reyn departamentinin digər şəhərlərində küçə qiyamları zamanı təxminən 60 avtomobil yandırılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Gecə yarısından sonra Kronenburq, Myunziq, Savern və Ostvald kommunalarından maşınların yanması barədə xəbərlər gəlib. Daha sonra Selestat kommunasında vandalizm və od vurma hərəkətləri ilə bağlı məlumatlar daxil olub.

Ümumilikdə, jandarmalar və polis Strasburqda, eləcə də şəhərətrafı ərazilərdə bir gecədə 20 nəfəri saxlayıb.

Fransa Daxili İşlər Nazirliyi Yeni il ərəfəsində Fransa şəhərlərində təhlükəsizliyi təmin etmək üçün 100 min polis zabiti və jandarma göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO