Ərdoğan Zelenski ilə telefonla danışdı

Ərdoğan Zelenski ilə telefonla danışdı

Hazırda oxunan: Ərdoğan Zelenski ilə telefonla danışdı

71178

Türkiyə və Ukrayna prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Volodimir Zelenski telefonla Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

“Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesi çərçivəsində bütün lazımi dəstəyi, o cümlədən vasitəçilik rolunu verməyə hazırdır”, - Türkiyə lideri bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bir müddət öncə demişdi ki, Moskva və Kiyev Ukraynadakı münaqişəyə son qoymaq üçün birgə bəyannamə üzərində işləyirlər.

"Hərtərəfli mətn hazırlanır, pərdəarxası diplomatiya işləyir". "Sabah" qəzeti onun sözlərindən sitat gətirib.

Nazir əlavə edib ki, son qərar Putin və Zelenskidən asılıdır. Eyni zamanda, Ukraynadakı vəziyyətlə bağlı Zelenskinin özü də açıqlama verib. O, Rusiya ilə qarşıdurmaya son qoymaq üçün diplomatik yolla getmək arzusunda olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO