Rusiya Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsindən sonra Ukraynada hərbi kampaniyanı məhdudlaşdırmaq və sanksiyaların ləğvi üçün sülh danışıqlarına qayıtmaq niyyətindədir.
Bizim.Media xəbər verir ki, bu sözləri Meduza-ya müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, Rusiyanın Donbasdakı hazırkı hücumu Moskvada gözlənildiyi kimi getmir, çünki ruslar döyüşə hazır olan Ukrayna bölmələri ilə üzləşirlər.
“Əməliyyat (İzyum istiqamətində - red.) sırf siyasi qərarla - Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə getmək və qələbəni elan etmək ilə izah edilib. İndi onların vəzifəsi (əvvəlki planın uğursuzluğundan sonra) bunun qələbə olduğunu bəyan etməkdir. Sonra müharibəni dayandırmaq istəyirlər. Əsas məqsədləri sanksiyaların aradan qaldırılması üçün danışıqlara qayıtmaqdır”, - Arestoviç bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:41 / 24.04.2022
“Rusiya Donbası ələ keçirəndən sonra müharibəni dayandıracaq” – RƏSMİ KİYEV
Hazırda oxunan: “Rusiya Donbası ələ keçirəndən sonra müharibəni dayandıracaq” – RƏSMİ KİYEV
Hazırda oxunan: “Rusiya Donbası ələ keçirəndən sonra müharibəni dayandıracaq” – RƏSMİ KİYEV
71172
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.