Belarus prezidenti Aleksandr Lukaşenko qonşu ölkələri sülhü qorumağa və mehriban yaşamağa çağırıb.
Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, o, bunu Orşa rayonunun Kopıs qəsəbəsindəki kilsəni ziyarət edərkən deyib.
“Gəlin dünyanı xilas edək. Bu aktualdır. Mən ilk növbədə qonşulara müraciət etmək istəyirəm: gəlin mehriban yaşayaq”, - deyə o bildirib.
Belarus rəhbəri qeyd edib ki, Pasxa bayramında insanlar Allahdan əsas şey - sülh, mehribançılıq və dostluq diləyirlər.
Onun sözlərinə görə, bu, həmişə belaruslara xas olub.
Bizim.Media