Fransada prezident seçkiləri: 2-ci turda 48,7 milyon seçici səs verəcək

Fransada prezident seçkiləri: 2-ci turda 48,7 milyon seçici səs verəcək

Hazırda oxunan: Fransada prezident seçkiləri: 2-ci turda 48,7 milyon seçici səs verəcək

71165

Fransada prezident seçkilərinin ikinci turu davam edir.

Bizim.Media xəbər verir ki, bu gün seçki məntəqələrində 48,7 milyon fransızın səs verməsi gözlənilir.

MÖVZU İLƏ BAĞLI:

Bu gün Fransada prezident seçkilərinin 2-ci turu baş tutacaq


Səhər saat 8-dən açılmış seçki məntəqələri axşam saat 19:00-a, hətta bəzi böyük şəhərlərdə saat 20:00-dək davam edəcək. İkinci turun ilk təxmini nəticələri saat 20:00-də elan olunacaq.

Sonra prezident seçkilərinin hər iki namizədinin çıxışı gözlənlir. Fransanın bəzi dənizaşırı ərazilərində, eləcə də xaricdə yaşayan fransızlar dünən səs veriblər.

Prezident seçkilərinin birinci turunun qalibləri Emmanuel Makron və Milli Birlik Partiyasının sədri Marin Le Pen Pa-dö-Kale (Pas-de-Calais) departamentində səs veriblər.

Seçkilərin nəticələrindən asılı olmayaraq, mövcud beynəlxalq vəziyyətlə əlaqədar hökumətin tezliklə istefaya göndəriləcəyi gözlənilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO