Dünyada koronavirusa yoluxanların sayı 509 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 509 milyonu keçdi

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 509 milyonu keçdi

71161

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiqlənmiş halların sayı 509 milyonu ötüb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 509 200 543 nəfərə çatıb.

Qeyd edilir ki, pandemiya ərzində dünyada 6 217 054 nəfər COVID-19-dan dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Almaniya, Böyük Britaniya və Fransa ilk yerləri bölüşür. Belə ki, bu ölkələrdə virusa iyirmi milyondan çox yoluxma qeydə alınıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və ölənlərin sayına görə dünyada birincidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO