Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə qarşı Rusiyanın nüvə silahından istifadə etmək ehtimalından danışıb.
Bizim.Media xəbər verir ki, o, Kiyevdə keçirdiyi mətbuat konfransında müasir dünyada buna inanmaq istəmədiyini deyib.
“Əgər Rusiya rəhbərliyi reallıq və adekvatlıqla əlaqəni itirməsə, nüvə silahından istifadə etməyəcək. İnanıram ki, müasir dünyada nüvə silahından yalnız reallıqla əlaqəni itirəndə istifadə etmək olar. Əgər Rusiya Federasiyasının rəhbərliyi reallıq və adekvatlıqla əlaqəni itirməsə, nüvə silahından istifadə etməyəcək", - deyə V.Zelenski bildirib.
Bizim.Media