Kanada Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik “M777” haubitsaları verib.
Bizim.Media xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter” səhifəsində yazıb.
“Kanada Ukraynanın tərəfindədir. Biz ABŞ-la əməkdaşlıq edərək Ukrayna qüvvələrinə bir neçə “M777” haubitsa və müvafiq sursatları çatdırdıq”, - o deyib.
Nazirin sözlərinə görə, Kanada Ukraynaya “Carl Gustaf” tank əleyhinə qumbaraatan üçün də əlavə sursat verib.
Bundan əlavə, o, rəsmi Ottavanın Ukrayna Silahlı Qüvvələrinə zirehli texnika və digər yardımlar göstərəcəyini bildirib.
Bizim.Media
Canada stands with Ukraine. We have delivered a number of M777 howitzers and associated ammunition to Ukrainian Forces in conjunction with the USA.
— Anita Anand (@AnitaAnandMP) April 22, 2022
We have also provided Ukraine with additional Carl Gustaf ammunition, and we will provide armoured vehicles and other support. pic.twitter.com/sECMiyos4B