BMT-nin baş katibi Ukraynaya səfər edəcək

BMT-nin baş katibi Ukraynaya səfər edəcək

Hazırda oxunan: BMT-nin baş katibi Ukraynaya səfər edəcək

71016

BMT-nin baş katibi Antoniu Quterreş aprelin 28-də Ukraynaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə baş katibin ofisi məlumat yayıb.

Bildirilir ki, Quterreş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək və prezident Volodimir Zelenski tərəfindən qəbul olunacaq.

O da vurğulanıb ki, baş katib Ukraynada fəaliyyət göstərən ümumdünya təşkilatının əməkdaşları ilə görüşəcək.

Onlar ölkə əhalisinə humanitar yardımın genişlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, daha əvvəl Antoniu Quterrişin aprelin 26-da Moskvaya səfərə yollanacağı və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi, eləcə də prezident Vladimir Putin tərəfindən qəbul olunacağı açıqlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO