Estoniya parlamenti Ukraynada törədilənləri soyqırımı kimi tanıyıb.
Bizim.Media xəbər verir ki, bu barədə Estoniya parlamentinin mətbuat xidməti bəyanat yayıb.
Bəyanatda bildirilib ki, təcavüzkar müharibədə Rusiya Silahlı Qüvvələrinin Ukrayna xalqına qarşı törətdiyi sistematik və kütləvi hərbi cinayətlər üzə çıxıb:
“Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, xüsusən də şəhərlərində dinc əhaliyə qarşı kütləvi vəhşiliklər törədilib. Bu, xüsusilə Buça, Borodyanka, Hostomel, İrpin və Mariupol və Ukraynanın bir çox digər yaşayış məntəqələrində qeydə alınıb.
Onlar qətl, adam oğurluğu, deportasiya, həbs, işgəncə, zorlama, eləcə də meyitlərin təhqir olunmasından ibarətdir”.
Parlament həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə, Rusiya ilə enerji daşıyıcıları ticarətinin istisnasız olaraq dayandırılmasına və Ukraynaya hərbi və mühüm humanitar yardımın dərhal artırılmasına çağırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:25 / 21.04.2022
Bu ölkə Ukraynada törədilənləri soyqırımı kimi tanıdı
Hazırda oxunan: Bu ölkə Ukraynada törədilənləri soyqırımı kimi tanıdı
Hazırda oxunan: Bu ölkə Ukraynada törədilənləri soyqırımı kimi tanıdı
70773
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.