Laplandiya - Yeni il axşamının möcüzəsi - FOTO

Laplandiya - Yeni il axşamının möcüzəsi - FOTO

Hazırda oxunan: Laplandiya - Yeni il axşamının möcüzəsi - FOTO

7074

Finlandiyada Yeni il bayramının qeyd olunmasını maraqlı edən əsas amil odur ki, bu ölkəyə səfər etməklə hər kəs həm də Laplandiyada Santa Klaus kəndini görə bilər.

Bizim.Media xəbər verir ki, bayram ərəfəsi və Yeni il günü Helsinkiyə qədəm qoyan hamı mütləq "Aleksanterinkatu,Aleksi" küçəsinə getməlidir.

 

MÖVZU İLƏ BAĞLI:

COVİD-19 Şaxta Babaları məhdudlaşdıracaq



Çünki bu küçə qış bayramını özündə ən çox əks etdirən yerlərdən biridir. Pandemiyadan öncəki illər həmin küçə noyabrın ortalarından etibarən bayram libasını geyinirdi və qar nağılı bayram günlərinə kimi davam edirdi.

Laplandiya Yeni ili yaşamaq istəyənlər yemək və əyləncə üçün Joulumalima meydanına üz tutur, xizək sürmək istəyənlər isə Helsinkinin Dəmir Yolu Vağzalının yanına yollanırlar.

Laplandiyadakı Santa Klaus kəndini finlandiyalılar Youlupukki adlandırır. Həmin kənddə elf məktəbi, şirniyyat sexləri, özünəməxsus dəmir yolu, maraqlı heykəllərdən ibarət qalereya, Şaxta babanın(Santa Klaus) poçtu və şəxsi kabineti də var.

Əlbəttə ki, Laplandiyanı marallarsız təsəvvür etmək mümkün deyil. Bununla yanaşı orada haski ferması da var.

Sonda qeyd edək ki, Laplandiyada Yeni ili qeyd edənlər yanvarın 5-də "Lux Helsinki" işıq festivalına da tamaşa etmiş olurlar.

2021-ci ilə keçən gecə də Laplandiya öz ənənələrinə sadiq qalıb, amma bu dəfə maskalı şəkildə. Festivallar və müxtəlif kütləvi tədbirlər bir qədər məsafəli təşkil olunub. İlkin məlumatlara görə, turist sayı 3 dəfəyə qədər azlıq təşkil edib.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO