ABŞ Hərbi Dəniz Qüvvələri aprelin 13-də “Moskva” kreyserinin batırılmasına dair Ukraynaya dəqiq hədəf məlumatı vermək üçün dəniz müşahidə təyyarəsindən istifadə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.
Bildirilib ki, ABŞ-ın ən son texnologiya ilə təchiz edilmiş P-8 "Poseidon” müşahidə təyyarəsi hücum zamanı ərazidə olub.
Ukraynanın təşkil etdiyi hücumda 160 kilometr uzaqlıqdakı düşmən gəmilərini müəyyən edə bilən təyyarə İtaliyadan havaya qalxaraq Rumıniyadakı bazada yerləşdirilib və burada Rusiyanın Qara dəniz donanmasının mövqeyini müəyyənləşdirməyə cəhd edib.
Lakin ABŞ Hərbi Dəniz Qüvvələri kəşfiyyat məlumatlarını təqdim etməklə hücumda Ukraynaya kömək edib-etmədiklərini təsdiqləməkdən imtina edib.
Qeyd edək ki, “Moskva” Rusiyanın Qara dəniz donanmasının əsas radar platforması olub, hava hücumundan qorunmaq üçün S-300 yerüstü raketləri ilə təchiz edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:43 / 20.04.2022
Ukraynaya “Moskva“ kreyserinin koordinatlarını hansı ölkənin ötürdüyü bilindi
Hazırda oxunan: Ukraynaya “Moskva“ kreyserinin koordinatlarını hansı ölkənin ötürdüyü bilindi
Hazırda oxunan: Ukraynaya “Moskva“ kreyserinin koordinatlarını hansı ölkənin ötürdüyü bilindi
70619
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.