Amerikalı jurnalistin azərbaycanlı hərbçilərdən məxfi məlumat toplamağa çalışdığı üzə çıxdı - FOTO

Amerikalı jurnalistin azərbaycanlı hərbçilərdən məxfi məlumat toplamağa çalışdığı üzə çıxdı - FOTO

Hazırda oxunan: Amerikalı jurnalistin azərbaycanlı hərbçilərdən məxfi məlumat toplamağa çalışdığı üzə çıxdı - FOTO

70419

Amerikalı jurnalist Lindsi Snell Azərbaycan və Türkiyə hərbçilərindən məxfi məlumatlar toplamağa cəhd edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "DHA” agentliyi məlumat yayıb. 

Bildirilib ki, o, sosial media platformaları vasitəsilə hərbi personal ilə əlaqə qurub və onlara seksual xarakterli video və fotolar göndərib. Snellin bununla Türkiyənin hərbi əməliyyatları ilə bağlı məlumat toplamağa çalışdığı müəyyən edilib.  

O, həmçinin xaricdə xidmətdə olan türkiyəli və azərbaycanlı hərbçiləri də hədəf alaraq onlardan məxfi məlumatlar toplamağa çalışıb.  

Bildirilib ki, sözügedən jurnalist İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətlər həyata keçirib. Belə ki, o, Ermənistanla əməkdaşlıq edərək Türkiyə əleyhinə yazılar dərc edib. 
Qeyd edilib ki, Lindsi Snell 2016-cı ilin avqustunda Suriyadan Türkiyəyə qeyri-qanuni yolla girərkən saxlanılıb.

O, elə həmin il hərbi baxımdan qadağan olan zonanı pozmaq və casusluq ittihamı ilə həbs olunub və bir neçə ay həbsxanada qaldıqdan sonra Türkiyədən deportasiya edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO