İlon Mask niyə özünə ev almır? -

İlon Mask niyə özünə ev almır? - "Dostlarımdan pulsuz yataq otağı axtarıram"

Hazırda oxunan: İlon Mask niyə özünə ev almır? - "Dostlarımdan pulsuz yataq otağı axtarıram"

70403

Hələ 2020-ci ildə “Tesla” və “SpaceX”in qurucusu İlon Mask tvitində bütün mülklərini, o cümlədən mənzillərini satmaq istədiyini yazmışdı.  

Bizim.Media “Ted” kanalına istinadən xəbər verir ki, sahibkar müsahibəsində arzusunu reallaşdırdığını etiraf edib.

Bu il “Forbes”in reytinqinə başçılıq edən İlon şəxsi ehtiyacları üçün milyardlarla dollar xərcləməyə öyrəşmədiyini vurğulayıb.

“İndi daimi evim yoxdur, sözün əsl mənasında dostlarımla qalıram. “Tesla”nın mühəndislik obyektlərinin çoxunun yerləşdiyi San Fransisko Körfəz Bölgəsinə getsəm, dostlarımdan pulsuz yataq otağı axtarıram” – deyə Mask qeyd edib. 

İş adamının sözlərinə görə, özünə icazə verdiyi yeganə şəxsi lüks təyyarəsidir:

“Bu, mənim vaxtıma qənaət edir və daha çox işləyə bilirəm”.  

Bizim.Media, Rəşad Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO