Rusiya ordusu son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan silahların saxlanılığı logistika mərkəzini məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Yüksək dəqiqlikli raketlərimizlə Lvov şəhərində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirilib.
Mərkəzdə saxlanılan ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən böyük sayda xarici silahlar məhv edilib", - İ.Konaşenkov vurğulayıb.
O, əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331, Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası isə 84 hərbi obyektə zərbələr endirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:41 / 18.04.2022
Rusiya Ukraynanın ən böyük silah anbarını yox etdi
Hazırda oxunan: Rusiya Ukraynanın ən böyük silah anbarını yox etdi
Hazırda oxunan: Rusiya Ukraynanın ən böyük silah anbarını yox etdi
70275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.