Mariupol məscidində saxlanılan girovlar azad edildi – Ərdoğan xahiş edib

Mariupol məscidində saxlanılan girovlar azad edildi – Ərdoğan xahiş edib

Hazırda oxunan: Mariupol məscidində saxlanılan girovlar azad edildi – Ərdoğan xahiş edib

70120

Rusiya xüsusi təyinatlıları Mariupolda türk məscidində saxlanılan girovları azad edib. 

Bizim.Media “realnoevremya.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat yayıb.

Onun sözlərinə görə, girovların azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xahişi ilə şəhərin Primorski rayonunda xüsusi əməliyyat keçirilib. 

Rusiya xüsusi təyinatlılarının hərəkətləri nəticəsində məscid azad edilib, 29 silahlı, o cümlədən xarici muzdlular öldürülüb.

Xatırladaq ki, mart ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mariupoldan öz vətəndaşlarının təxliyəsi üçün Rusiyadan kömək istədiyini bildirmişdi. Həmin vaxt internetdə Türkiyə vətəndaşlarının gizləndiyi məscidin bombalandığı barədə xəbərlər yayılırdı. Lakin bu məlumat təsdiqini tapmayıb.

Dünən departament bildirib ki, gün ərzində Rusiya hərbçiləri Ukraynadan və qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”ndan (DXR və LXR) 15,8 min insanı təxliyə edib. Xüsusi əməliyyat başlayandan 154 mini uşaq olmaqla 837 min insan ərazidən çıxarılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO