İtaliyanın baş naziri: “Putin müharibəni dayandırmayacaq, onunla danışmaq vaxt itkisidir”

İtaliyanın baş naziri: “Putin müharibəni dayandırmayacaq, onunla danışmaq vaxt itkisidir”

Hazırda oxunan: İtaliyanın baş naziri: “Putin müharibəni dayandırmayacaq, onunla danışmaq vaxt itkisidir”

70073

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni davam etdirmək istəyir və  Zelenski ilə görüşmək istəmir. Bu baxımdan onunla danışmaq vaxt itkisidir.

Bizim.Media xəbər verir ki, bu sözləri İtaliyanın baş naziri Mario Draqi “Corriere Della Sera” nəşrinə müsahibəsində deyib.

Jurnalistlər İtaliya baş nazirindən Rusiya prezidenti ilə telefon danışdığı zaman Putini diplomatik söhbətin köməyi ilə dayandırmağın mümkün olub-olmadığını soruşublar.

“Telefon danışığında onunla dünya haqqında danışmaq üçün zəng etdiyimi dedim və o soruşdum:

“Zelenski ilə nə vaxt görüşürsən? Yalnız ikiniz bir həll yolu tapa bilərsiniz".  O, cavab verdi:

"Hələ vaxt gəlməyib”. Mən atəşkəs haqqında qərar verməyi təkid etdim Və yenə də "Yox,vaxt hələ gəlməyib" sözlərini dedi”. UNİAN onun dediklərindən sitat gətirib.

İtaliyanın baş nazirinin sözlərinə görə, telefon danışığı zamanı Putin Rusiya qazının pulunun rublla ödənilməsindən danışıb. Nəticədə həmsöhbətlər bir neçə gün sonra görüşməyə razılaşıblar. Və sonra dünya rusların Buçada hərbi cinayətlərini görüb.

"Mən onunla danışmağın mənasız olduğunu, sadəcə vaxt itkisi olduğunu söyləyənlərin haqlı olduğunu düşünməyə başlayıram. Həmişə Makronu müdafiə etmişəm və Aİ prezidenti kimi onun haqlı olduğunu deyirəm. Ancaq məndə belə bir təəssürat yaranıb ki, müharibənin dəhşəti, qətliamlar deyilən sözlərdən və telefon zənglərindən asılı deyil”, - deyə Draqi yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO