Roman Abramoviç  Kiyevə gedib? - Nümayəndəsindən AÇIQLAMA

Roman Abramoviç  Kiyevə gedib? - Nümayəndəsindən AÇIQLAMA

Hazırda oxunan: Roman Abramoviç  Kiyevə gedib? - Nümayəndəsindən AÇIQLAMA

70022

Xəbər verdiyimiz kimi, rusiyalı iş adamı Roman Abramoviç Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə töhfə vermək üçün dünən Kiyevə gedib. Bu barədə “Fortune” jurnalı mənbələrə istinadən yazıb. Bildirilib ki, R.Abramoviç "danışıqları canlandırmaq yollarını müzakirə etmək" üçün Ukrayna tərəfinin nümayəndələri ilə görüşüb.

Ancaq günün sonunda iş adamının Kiyevə Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesinin intensivləşdirilməsinə yardım etmək üçün səfər etdiyi barədə məlumat təkzib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya iş adamının nümayəndəsi bildirib.

"Cənab Abramoviç Kiyevdə deyil və bu yaxınlarda da orada olmayıb", - deyə qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO