Ukrayna XİN-dən Makronun son açıqlamasına ETİRAZ 

Ukrayna XİN-dən Makronun son açıqlamasına ETİRAZ 

Hazırda oxunan: Ukrayna XİN-dən Makronun son açıqlamasına ETİRAZ 

69490

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı fəaliyyətlərini soyqırımı adlandırmamasından təəssüf hissi keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko “Facebook”da paylaşım edib. 

“Ukrayna və Rusiya obyektiv səbəblərə görə, tarixən yaxın olublar, lakin “iki qardaş xalq” mifi 2014-cü ildə Krımın işğalı və Donbasa hücumla dağıdılıb.
Rusiyalı “qardaşlar” rusdilli əhalini qorumağa gəldilər. Amma səkkiz il ərzində 14 min ukraynalı öldürüldü. Mif son olaraq Rusiya raketlərinin fevralda Ukrayna şəhərlərinə uçması ilə dağıdılıb. Qardaş xalqlar uşaqları öldürmürlər, mülki şəxslərə atəş açmırlar, qadınlara təcavüz etmirlər, yaşlılara xəsarət yetirmir və evləri dağıtmırlar”, - deyə Oleq Nikolenko vurğulayıb. 

XİN rəsmisi əlavə edib ki, rusiyalılar və ukraynalılar arasında qardaşlıq bağlarından danışmaq üçün nə mənəvi, nə də real səbəb yoxdur. 

Qeyd edək ki, Emmanuel Makron Rusiyanın Ukraynadakı fəaliyyətlərini soyqırımı adlandırmaqdan imtina edib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO