Belarus Rusiyaya birləşəcəkmi? – Lukaşenkodan CAVAB

Belarus Rusiyaya birləşəcəkmi? – Lukaşenkodan CAVAB

Hazırda oxunan: Belarus Rusiyaya birləşəcəkmi? – Lukaşenkodan CAVAB

69403

Biz Rusiya ilə başqa ölkələrə nümunə olacaq birlik qurmaq niyyətindəyik.

Bizim.Media Belarus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib. 

O, bunu Vladivostoka işgüzar səfəri zamanı deyib.

“Deyirlər ki, Belarus Rusiya ilə birləşəcək. Buna cavab olaraq deyirəm ki, mən və Putin köhnə üsullarla hərəkət edəcək qədər axmaq deyilik. Biz iki müstəqil dövlətin elə birliyini quracağıq ki, onlar bizdən öyrənəcəklər. Sanksiyaları necə aradan qaldırmağın yollarını da hamıya başa salacağıq”. BELTA agentliyi Lukaşenkonun dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO