Litva (Gitanas Nayseda), Polşa (Anjey Duda), Estoniya (Alar Karis) və Latviyanın (Egils Levits) prezidentləri Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedirlər.
Bu barədə Bizim.Media Litva prezidenti Naysedanın "Twitter"dəki bəyanatına istinadən xəbər verir.
“Biz Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə gedirik. Litva Ukraynanın öz suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”, bəyanatda deyilir.
Litva Prezidenti öz postunda ukrayna dilində “Birlikdə qələbəyə!” sözlərini əlavə edib.
Polşa prezidentinin administrasiyası qeyd edib ki, Ukrayna paytaxtında dövlət başçıları Zelenski ilə görüşəcək.
Tərəflərin Polşaya yeni silah tədarükü və Rusiyaya qarşı sanksiyaları müzakirə edəcəyi gözlənilir.
Nayseda dəmiryol vağzalında həmkarları ilə birgə fotosunu da dərc edib.
Bizim.Media