Avstriya kanslerindən ANONS: “Putin müharibədə sonadək gedəcək”

Avstriya kanslerindən ANONS: “Putin müharibədə sonadək gedəcək”

Hazırda oxunan: Avstriya kanslerindən ANONS: “Putin müharibədə sonadək gedəcək”

69146

Avstriya kansleri Karl Nehammer Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında Rusiya prezidenti ilə bir saat yarımdan sonra Putinlə söhbətin “açıq və sərt olduğunu” söyləyib və bir qədər sonra əlavə edib: "Mən optimist olduğumu deyə bilmərəm”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.

Nehammerin Moskvaya təcili “işgüzar səfəri” ideyasının özü (Brüsseldən gələn təsdiqlənməmiş məlumatlara görə, bu ideya Avstriyanın keçmiş xarici işlər naziri, Putinin köhnə tanışı Karin Knaysla məxsusdur. Kremlin sahibi 2018-ci ildə onun toyunda iştirak edib) bir çox ekspertlərin aprelin 12-də proqnozlaşdırdığı Donbass uğrunda "əsas döyüş"dən əvvəl Rusiya prezidentinin danışıqlar aparmaq qabiliyyətini Aİ-nin yoxlamaq cəhdi kimi görünür.
 

MÖVZU İLƏ BAĞLI:

Avstriya kansleri Kiyevdə Zelenski ilə görüşəcək


Nehammer Kremlin sahibinə xəbərdarlıq edib ki, atəşkəsdən imtina və qoşunların Ukrayna ərazisindən çıxarılmaması Aİ-nin daha sərt sanksiyalarına səbəb olacaq.

“Prezident Zelenski hələ də sizinlə görüşməyə hazırdır”, – Nehammer Putinə belə deyib və Moskvadan əvvəl Kiyevə səfəri barədə danışıb. O, eyni zamanda, Buça səfəri ilə bağlı təəssüratlarını bölüşüb və o, açıq şəkildə bildirib ki, Buça faciəsindən sonra Ukrayna Qərb tərəfdaşlarından istənilən silahı istənilən miqdarda mütləq alacaq.

Putin kanslerə həm Şolza, həm də Makrona telefonda dediklərini təkrarlayıb:

“Atəşkəs, qoşunların çıxarılması və prezidentlər səviyyəsində görüş üçün şərtlər yalnız Ukrayna Rusiyanın bütün tələblərini yerinə yetirdikdən və çərçivə sazişi imzalandıqdan sonra baş tuta bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO