Rusiyanın hava hücumundan müdafiə sistemləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsini vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Balakleya, Qulyai Pole və Volnovaxa ərazilərində üç pilotsuz uçuş aparatı, Nikolaev vilayətinin Kalininskoye yaşayış məntəqəsi yaxınlığında “Valkiriya” tipli PUA vurulub.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan indiyədək 129 təyyarə, 99 helikopter, 243 S-300, Buk-M1, Osa AKM zenit-raket komplekslərinin məhv edildiyini söyləyib:
"Bundan başqa Nikolaev və Jovtnevoy ərazilərində iki silah anbarı, Uspenovka ərazisində isə ikinci bir ölkədən (Slovakiya nəzərdə tutulur - Red) gətirilən S-300 radar sistemi məhv edilib. Həmçinin 441 pilotsuz uçuş aparatı, 2079 tank və digər döyüş zirehli texnikası, 239 reaktiv yaylım atəşi sistemi, 909 səhra artilleriya qurğusu və minaatan, 2000-dən çox xüsusi təyinatlı hərbi maşın da məhv edilib" – deyə Konaşenkov qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:58 / 11.04.2022
“Ukraynanın S-300 radar sistemi məhv edilib” – Rusiya itkiləri açıqladı
Hazırda oxunan: “Ukraynanın S-300 radar sistemi məhv edilib” – Rusiya itkiləri açıqladı
Hazırda oxunan: “Ukraynanın S-300 radar sistemi məhv edilib” – Rusiya itkiləri açıqladı
69016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.