Fransada prezident seçkilərinin birinci turunda Marin Le Pen liderdir.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu informasiyanı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Mənbə yazır ki, “Milli Birlik” Partiyasının lideri 27,8% səs toplayıb. Hazırkı prezident Emmanuel Makron 26,2% səslə ikinci yerdədir.
Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. Səsvermə aprelin 24-nə təyin edilib.
Birinci turda 12 siyasətçi ən yüksək dövlət postu uğrunda mübarizə aparır.
Onların arasında Fransanın hazırkı prezidenti Emmanuel Makron, ifrat sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen, solçu “Fəth edilməyən Fransa” Partiyasının rəhbəri Jan-Lyuk Melenşon, ifrat sağçı namizəd Erik Zemmur da var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
23:55 / 10.04.2022
Le Pen seçkilərin ilk turunda Makronu qabaqladı - 27,8% səslə liderlik edir
Hazırda oxunan: Le Pen seçkilərin ilk turunda Makronu qabaqladı - 27,8% səslə liderlik edir
Hazırda oxunan: Le Pen seçkilərin ilk turunda Makronu qabaqladı - 27,8% səslə liderlik edir
68962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.