Pakistanın şimal-qərbində 5 terrorçu məhv edildi

Pakistanın şimal-qərbində 5 terrorçu məhv edildi

Hazırda oxunan: Pakistanın şimal-qərbində 5 terrorçu məhv edildi

68948

Bazar günü Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu şəhərində polislə terrorçular arasında atışma nəticəsində 5 terrorçu öldürülüb.

Bizim.Media yerli KİV-lərə istinadən xəbər verir ki, polis şəhərdə terrorçuların olması ilə bağlı məlumat əsasında Terrorla Mübarizə İdarəsi ilə birgə əməliyyat keçirib.

Atışma zamanı 5 terrorçu öldürülüb, bəziləri isə sutkanın qaranlıq vaxtına təsadüf etdiyindən qaçmağa müvəffəq olub. Onların tutulması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Bildirilir ki, terrorçulardan çoxlu sayda silah və sursatın götürülüb. Öldürülən terrorçuların qadağan olunmuş "Təhrik-e-Taliban Pakistan" qruplaşmasının üzvləri olduğu bildirilir. Onlar məqsədyönlü qətllər, bomba partlayışları və təhlükəsizlik qüvvələrinə hücumlarda iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO