Bloomberg: Rusiyanın müflis olması qaçılmazdır

Bloomberg: Rusiyanın müflis olması qaçılmazdır

Hazırda oxunan: Bloomberg: Rusiyanın müflis olması qaçılmazdır

68921

Bir həftədən sonra Rusiyanın müflis (defolt) olması qaçılmaz görünür.

Bizim.Media Bloomberg nəşrinə istinadən xəbər verir ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi ölkənin Amerika banklarındakı hesablarından ABŞ dolları ilə borc vəsaitlərinin köçürülməsini dayandırıb.

Bundan başqa, Rusiya iki istiqrazla bağlı qaydaları pozaraq treyderlərə ödənişləri dollarla deyil, rublla verib.

Bəzi analitiklər Rusiyanın dərin maliyyə və siyasi təcridinin Moskvaya uzun müddət defoltdan qaçmağa imkan verəcəyinə şübhə etsələr də, ICE Data Services-in son araşdırmasına görə, borc sığortası üzrə məlumatlar indi 12 ay ərzində təqribən 90% defolt şansı verir.

Bundan əlavə, S&P agentliyi Rusiyanın xarici valyutada reytinqini “seçilmiş defolt” səviyyəsinə endirib.

Berlində yerləşən Capitulum Asset Management-in baş investisiya direktoru Lutz Rogmeier bununla bağlı belə deyib: "Rusiya güzəşt müddətində istiqraz sahiblərinə ödənişləri təşkil edə bilməsə və hesablara heç bir dollar daxil edilməsə, bu, defoltdur".

Eyni zamanda, ölkə hələ də neft və yanacaq ixracından milyardlarla dollar qazanır, kövrək Rusiya iqtisadiyyatını effektiv şəkildə qoruyur. Baxmayaraq ki, analitiklər sanksiyaların çoxluğuna görə Rusiyada iqtisadi vəziyyətin sürətlə bərpa olunmayacağını deyirlər.

"...Rusiya bəlkə də on il defoltda qalacaq. Rəsmi Moskva beynəlxalq kapital bazarlarına çıxa bilməyəcək, çinlilərdən yüksək borc almaq şansını itirəcək, ölkəyə investisiya daxil olmaycaq, nəticədə yaşayış səviyyəsi aşağı düşəcək. Rusiya Federasiyasını belə tale gözləyir”, - deyə “Bluebay Asset Management”in strateqi Tim Ash bildirib.

Rusiya Federasiyasında sonuncu defolt 1998-ci ildə daxili borcla bağlı baş vermişdi. Xarici borclar üzrə ödənişlərdə sonuncu boşluq 1917-ci il inqilabından sonra qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO