Ukrayna ordusu Donetskdə Rusiya Silahlı Qüvvələrinə məxsus silah-sursat anbarını vurub.
Bizim.Media xəbər verir ki, bu haqda görüntülər Ukraynaya məxsus Telegram kanalında yer alıb.
Xatırladaq ki, hazırda Donetsk və Luqansk vilayətlərində, eləcə də ölkənin digər ərazilərində Ukrayna ordusu Rusiya hərbçilərinə qarşı döyüşür. Nəticədə bir çox yaşayış məntəqələri geri alınıb.
Dünən isə Böyük Britaniyanın baş naziri Boris Conson gizli yollarla Polşadan Kiyevə gəlib və prezident Volodimir Zelenski ilə şəhərin küçələrini gəzib.
Təkbətək görüşdən sonra o, Ukraynaya hərbi və maddi dəstəyin bundan sonra da veriləcəyini vurğulayıb və bir sıra mühüm açıqlamalar verib.
Bizim.Media