Fransada prezident seçkilərinə start verildi

Fransada prezident seçkilərinə start verildi

Hazırda oxunan: Fransada prezident seçkilərinə start verildi

68885

Paris vaxtı ilə səhər saat 08:00-da (Bakı vaxtı ilə 10:00) Fransada və Qərb yarımkürəsindəki xarici departamentlərdə prezident seçkiləri çərçivəsində 70 minə yaxın seçki məntəqəsi açılıb.

Bizim.Media xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun məlumatına görə, seçici siyahılarında 48 milyondan çox seçici qeydə alınıb.

MÖVZU İLƏ BAĞLI:

Fransada bu gün prezident seçkiləri keçiriləcək


Seçkilərdə 12 namizəd, o cümlədən Fransanın hazırkı prezidenti Emmanuel Makron, iştirak edir. Onun əsas rəqibi “Milli birlik” partiyasından namizəd, deputat Marin Le Pendir.

Davam edən COVID-19 pandemiyası ilə əlaqədar seçicilərə qoruyucu maskalar taxmağa və sosial məsafəni qorumalıdırlar. Seçki komissiyalarının üzvlərinə gün ərzində binaları mütəmadi olaraq havalandırmaq, stol, stul və səsvermə kabinələrini dezinfeksiya etmək tapşırılıb.

Respublikada qüvvədə olan qanunvericiliyə əsasən, səsvermə başa çatmamış sorğulardan və ya səsvermə prosesinin qiymətləndirilməsindən hər hansı məlumatın dərci, o cümlədən prezident marafonunun iştirakçılarının bəyanatlarının yayılması qəti qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO