"Bu, səmərəli görüşdən daha artıq idi. Rusiyaya daha çox təzyiq göstərilməli, onu sülhə məcbur etməliyik".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın Baş naziri Boris Consonla birgə keçirdiyi brifinqdə bildirib.
"Effektiv sanksiyalara, Ukraynanın müdafiə qabiliyyətini gücləndirdiyinizə görə sizə təşəkkür edirik. Qərbin demokratik dövlətləri Böyük Britaniyadan nümunə götürməlidir. Ümid edirik ki, rəsmi London dövlətimizin təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayacaqdır", - deyən V.Zelenski əlavə edib.
Bizim.Media