Ukraynalı general:

Ukraynalı general: "Kiyevdə vəziyyət gərgindir, ruslar yenidən hücum edəcək"

Hazırda oxunan: Ukraynalı general: "Kiyevdə vəziyyət gərgindir, ruslar yenidən hücum edəcək"

68556

“Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir".

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları komandanlığının qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç bildirib.

General əlavə edib ki, ruslar proses başa çatan kimi yenidən Kiyevə hücum edəcəklər:

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. Təhlükə hələ də qalmaqdadır”, - general vurğulayıb.
A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir. Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları aşkar edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO