“Rusiyaya qarşı neft embarqosu müzakirə olunan Aİ sanksiyalarının beşinci paketinə daxil edilməyib, lakin Aİ xarici işlər nazirləri bunu aprelin 11-də nəzərdən keçirəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell NATO Xarici İşlər Nazirlərinin iclasına gələrkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Avropa İttifaqından Rusiyaya qarşı gözlənilməz HƏMLƏ – Neft embarqosu planı hazırlanır
"Beşinci sanksiya paketinin əvvəlcə daimi nümayəndələr, sonra isə Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiqlənəcəyini gözləyirəm. İndi onlar qara siyahıya düşən şəxslərin siyahısını, məhdudiyyətlərin tətbiqi üçün iqtisadiyyat sektorlarını müzakirə edirlər. Təsdiqlənmə bu gün və ya sabah ola bilər" – deyə Borrel qeyd edib.
Ümumilikdə Ukraynaya dəstəkdən danışan Borrell “Ukrayna lideri Volodimir Zelenskiyə silah və daha çox resurs, Rusiyaya isə daha çox sanksiyalar və təcrid olunma lazımdır” – deyə əlavə edib.
Bizim.Media