Nastradamus 2021-ci ildə 3 dövlətin hegemonlaşmasını təxmin edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Nastradamusdan qalan qeydlərin birində 2021-ci il haqqında proqnozlar yer alıb.
Onun fikrincə, qarşıdan gələn yeni ildə Rusiya, Çin və Hindistan dünyanın ən güclü dövlətlərinə çevriləcək. Fransalı həkim və münəccim şərq ölkəsinin səbəb olacağı III Dünya Savaşının başlayacağını deyib.
Özündən sonrakı nəsillərə maraqlı proqnozlar verən digər şəxs isə Qriqori Rasputindir. O deyib ki, “Başı isti, ürəyi soyuq olan dövlətlər” özləri özlərini məhv edəcək.
Hər-halda qədim, yaxud müasir ekstrasenslər 2021-ci ilin əvvəli ilə bağlı yaxşı heç nə vəd etmir. Belə ki, “Ekstrasenslərin döyüşü” televiziya proqramının qalibi olan falçı Aleksandr Litvinov 2021-ci ili "Xaosdan bərpaya” kimi qiymətləndirir.
Onun fikrincə fevralın 5-dən sonra yoluxmalar azalacaq, pandemiya isə hələ mayın ortalarına qədər hiss olunacaq.
Amerikalı futuroloqların fikrincə yeni ildə iqlim dəyişiklikləri və texnologiyada inanılmaz inkişaf yaşanacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:48 / 30.12.2020
2021-ci il haqqında Nostradamusdan PROQNOZ
Hazırda oxunan: 2021-ci il haqqında Nostradamusdan PROQNOZ
Hazırda oxunan: 2021-ci il haqqında Nostradamusdan PROQNOZ
6842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.