Zaxarova “Buça təxribatı”na görə Qərbi ittiham etdi

Zaxarova “Buça təxribatı”na görə Qərbi ittiham etdi

Hazırda oxunan: Zaxarova “Buça təxribatı”na görə Qərbi ittiham etdi

68371

Qərbin Ukraynanın Buça şəhərindəki təxribata dəstəyi orada iştirakı deməkdir.

Bizim.Media regmum.ru saytına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosunun efirində deyib.

Diplomat qeyd edib ki, bu təxribat qlobal əhəmiyyət kəsb edir.

“Bu təxribatda təkcə orada olan ukraynalı hərbçilər deyil, həm də özünü sivil adlandıran ölkələr iştirak edirlər və  bunu fakt kimi çatdıraraq cinayət əməlini  dəstəkləyirlər”, - deyə Zaxarova izah edib.

O, həmçinin əlavə edib ki, Amerikanın internet platformaları da daxil olmaqla, dünya mediasının bütün səyləri Buça şəhərindəki süjetin təşviqinə yönəlib.

Xatırladaq ki, aprelin 3-də Ukrayna mediası Kiyev vilayətinin Buça şəhərində yol boyu uzanmış mülki şəxslərin cəsədlərinin çəkildiyi video kadrları yayıb. Lakin istifadəçilər bu “meyitlərin” əllərini tərpətdiyini, maşın keçəndən sonra “ölülərdən” birinin ayağa qalxdığını müşahidə ediblər.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Buça şəhərində mülki əhalinin qətlində rus hərbçilərinə qarşı ittihamları növbəti təxribat adlandırıb. Qurum xatırladıb ki, Rusiya ordusu iki ölkə arasındakı danışıqların növbəti raundundan sonra martın 30-da bu qəsəbəni tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO