SON DƏQİQƏ: Vladimir Jirinovski öldü

SON DƏQİQƏ: Vladimir Jirinovski öldü

Hazırda oxunan: SON DƏQİQƏ: Vladimir Jirinovski öldü

68312

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski vəfat edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu informasiyanı Dövlət Dumasının spikeri Vyaçeslav Volodin yayıb.

Xatırladaq ki, Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub.

Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə — yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə — rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb.
Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil alıb.

O, Rusiya Liberal Demokrat Partiyasının qurucusu və lideri, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürüb (1991, 1996, 2000, 2008, 2012).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO