Rusiya Ukraynaya qarşı müharibə başlayandan bəri ən azı 466 azyaşlı uşaq zərər çəkib. Onlardan 167-si həlak olub, 279-u isə yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə RBK-Ukrayna nəşri Baş Prokurorluğuna istinadən xəbər verir.
Uşaqlar əsasən Kiyev - 78, Donetsk - 81, Xarkov - 64, Çerniqov - 49, Nikolayev - 39, Luqansk - 31, Zaporojye - 22, Xerson - 29, Sumı - 16, Jitomir - 15 vilayətlərində və paytaxtda – 16 zərər görüb.
Lakin bu məlumatlar yekun deyil, çünki aktiv döyüş əməliyyatlarının aparıldığı ərazilərdə qurban və yaralıların sayını hələlik müəyyən etmək mümkün deyil.
Həmçinin, atəş nəticəsində 927 təhsil müəssisəsi zərər görüb, onlardan 83-ü tamamilə məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:49 / 06.04.2022
Müharibə başlayandan bəri Ukraynada 167 uşaq həlak olub - Baş Prokurorluq
Hazırda oxunan: Müharibə başlayandan bəri Ukraynada 167 uşaq həlak olub - Baş Prokurorluq
Hazırda oxunan: Müharibə başlayandan bəri Ukraynada 167 uşaq həlak olub - Baş Prokurorluq
68263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.