Türkiyənin Ukraynadakı səfirliyi Kiyevə qayıtdı 

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevə qayıtdı 

Hazırda oxunan: Türkiyənin Ukraynadakı səfirliyi Kiyevə qayıtdı 

68233

Türkiyə səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa edəcək.

Bizim.Media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Çernivtsiyə təxliyədən bir ay sonra Kiyevdəki səfirliyinin işini bərpa edib.

"Fəaliyyətimizi müvəqqəti olaraq logistik mərkəzimizə çevrilən Çernivtsi şəhərinə köçürdük. Və bu gün biz öz evimizə, Kiyevə qayıtdıq.

Sabahdan Panas Mirnı küçəsi, 22 ünvanında yerləşən binamızda işimizə, o cümlədən konsulluq xidmətlərimizi göstərməyə davam edəcəyik", - deyə səfirliyin "Facebook" səhifəsində bildirilib.

Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO