Bizim.Media “The Guardian” qəzetinə istinadən məlumat verir ki, İngiltərə ordusunun yeni silahlı pilotsuz təyyarə proqramına başlayacağı gözlənilir. Bu qərarın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində Ermənistan üzərində qələbəsində pilotsuz təyyarə texnologiyasından uğurlu şəkildə istifadə olunmasına görə verildiyi bildirilir.
Qəzet İngiltərə Müdafiə nazirliyinin rəsmilərinin 44 günlük payız müharibəsində Azərbaycanın daha ucuz olan Türk pilotsuz təyyarələrindən istifadə etməsinin erməniləri məğlub etməkdə və mübahisəli bölgələr üzərində nəzarəti bərpa etməkdə həlledici olduğuna inandıqlarını qeyd edir.
Azərbaycanın yay aylarında Türkiyədən TB2 pilotsuz təyyarələrini almasının qeyd edildiyi məqalədə, Azərbaycan ordusunun TB2-lərdən müharibə ərzində sürətli və səmərəli şəkildə istifadə etdiyini də əlavə edib. Qəzet Azərbaycan tərəfinin TB2-lərin fəaliyyətini əks etdirən videoları sosial şəbəkələrdə və reklam lövhələrində paylaşdığına diqqət çəkib.
Bu amilin xüsusilə informasiya çatışmazlığının yaşandığı bir dövrdə Azərbaycanın vəziyyətə nəzarət etməsinə imkan verdiyini əlavə edib.
Qəzet Müdafiə Nazirliyinin ölümcül pilotsuz təyyarələrin çoxalma riski ilə bağlı xəbərdarlıqlara baxmayaraq, 2021-ci ilin əvvəlində təqdim edilməsi gözlənilən beş illik müdafiə tədqiqatları çərçivəsində ucuz pilotsuz təyyarələr almaq istədiyini bildirib.
İngiltərənin diqqətində isə Türkiyə istehsalı olan TB2 pilotsuz təyyarələri yer alır.
Bu ayın əvvəlində Müdafiə naziri Ben Valles Türkiyə istehsalı olan TB2 təyyarələrinin digər ölkələr üçün pilotsuz təyyarələr sahəsində necə bir yol izlənməsi gərəkdiyi ilə bağlı nümunə olduğunu qeyd etmişdi.
İngiltərə ordusu hazırda ABŞ-ın “General Atomic” şirkəti tərəfindən istehsal olunan və hər birinin qiyməti təxminən 20 milyon dollar olan 17 ədəd “Guardian” pilotsuz təyyarələrindən istifadə edir.
Türkiyə istehsalı olan TB2-lər isə cəmi 1-2 milyon dollar qiymətindədir. TB2-lər 150 km kimi nisbətən kiçik məsafədə faəliyyət göstərə bilsələr də, 24 saat havada qalma müddətinə malik olmaqla fərqlənir, - deyə qəzet qeyd edib.
Qəzet eyni zamanda müharibələrdə pilotsuz təyyarlərdən istifadənin maliyyə xərclərini azaltdığını üçün dövlətlər tərəfindən daha uyğun seçim olmasına, beləliklə də bunun risk zonalarından aktiv toqquşmaları tətikləyəcəyinə də diqqət çəkib.
Bizim.Media