11 mindən çox ölü, 56 min yaralı - Dünyanın ən uzunmüddətli mühasirəsindən 30 il ötür

11 mindən çox ölü, 56 min yaralı - Dünyanın ən uzunmüddətli mühasirəsindən 30 il ötür

Hazırda oxunan: 11 mindən çox ölü, 56 min yaralı - Dünyanın ən uzunmüddətli mühasirəsindən 30 il ötür

68106

Dünyanın ən uzunmüddətli mühasirəsi olaraq qeydə alınan Sarayevo mühasirəsi 30 il əvvəl bu gün - 1992-ci il aprelin 5-də başlayıb və 1425 gün davam edib. 

Bizim.Media xəbər verir ki, Yuqoslaviya Xalq Ordusu, daha sonra isə Serb Respublikası Ordusunu təşkil edən Bosniya serb qüvvələrinin Sarayevonu 1996-cı il fevralın 29-dək davam edən mühasirəsi zamanı 1601-i azyaşlı olmaqla ümumilikdə 11 min 541 şəhər sakini həlak olub, 56 min nəfər yaralanıb. 

Suada Dilberoviç və Olqa Suçiç adlı iki tələbənin serbiyalı snayper tərəfindən vurulması ilə başlayan mühasirə zamanı Sarayevoda yaşayan 65-80 min azyaşlının 40 faizi birbaşa serb snayperləri tərəfindən hədəfə alınıb, 19 faizi isə törədilən qırğınların şahidi olub.

Sarayevo mühasirəsinin son mülki qurbanı isə 1996-cı il yanvarın 9-da Bosniya və Herseqovina parlamentinin binası yaxınlığında tramvaya hücum zamanı həlak olan Mirsada Duriç olub. 
Daha sonra sülh müqaviləsi imzalanıb, lakin bu hücumun səbəbkarları hələ də tapılmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO