Ukrayna Silahlı Qüvvələri Sumı vilayətində Rusiya Federasiyası ilə sərhədə çatıb və ərazini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK-Ukrayna nəşri hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat Aleksandr Kaçuranın “Telegram” kamalına istinadən yayıb.
“Ukraynanın Sumı vilayətində dövlət sərhədi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır”, - deyə xalq deputatı bildirib.
Qeyd edək ki, Ukrayna qoşunları, həmçinin Pripyat üzərində nəzarəti ələ keçirərək Kiyev vilayəti daxilində Belarusla sərhədə çatıb.
Nəşr xatırladır ki, dünəndən etibarən Sumı vilayətində yaşayış məntəqələrinin rus qoşunlarından təmizlənməsi davam etdirilir. Silahlı Qüvvələr artıq Konotop bölgəsinə nəzarəti bərpa edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:06 / 04.04.2022
Ukrayna ordusu Sumı vilayətində Rusiya ilə sərhədə çatdı, nəzarəti ələ keçirdi
Hazırda oxunan: Ukrayna ordusu Sumı vilayətində Rusiya ilə sərhədə çatdı, nəzarəti ələ keçirdi
Hazırda oxunan: Ukrayna ordusu Sumı vilayətində Rusiya ilə sərhədə çatdı, nəzarəti ələ keçirdi
67925
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.