Rusiya hakimiyyəti Ukraynanı işğal etməzdən əvvəl üç məqsədə çatmağı planlaşdırırdı, lakin indi onların heç birinə nail ola bilməyib.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Amerikanın NBC News telekanalının “Meet the Press” proqramında deyib.
“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini inkar etmək; Kiyevdə rusiyayönümlü hökuməti təsdiq etmək; Qərbi və onun müttəfiqlərini parçalamaq. Və bu üç cəbhədə də uğursuzluğa düçar oldu” deyə o, qeyd edib.
Blinkenin sözlərinə görə, Ukrayna indi daha da birləşib.
MÖVZU İLƏ BAĞLI:
Blinken İsrail və Fələstinə səfər edəcək
“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putindən daha çox mövcud olacaq. Rusiyanın gücü faktiki olaraq azalıb. Onun silahlı qüvvələri proqnozlardan qat-qat pis “işləyib”, iqtisadiyyatı sarsılıb. Və təbii ki, NATO və Qərb son dövrlərdə heç vaxt olmadığı qədər birləşib. Beləliklə, təkcə bu səbəbdən biz Rusiyanın dramatik uğursuzluğunu görürük”, - deyə dövlət katibi əlavə edib.
O, qeyd edib ki, Bayden administrasiyası dövründə Birləşmiş Ştatlar artıq Ukraynaya təhlükəsizlik üçün 2,3 milyard dollardan çox yardım edib ki, bunun da 1,6 milyard dolları təkcə son bir ayda olub.
“Bunlar ukraynalıları Rusiyanın hücumuna qarşı inanılmaz dərəcədə təsirli edən və Rusiya qüvvələrini geri itələyən şeylərdir”, Blinken əlavə edib.
Bundan əvvəl Blinken Buçanın mülki əhalisinə qarşı vəhşiliyi “bağırsağa endirilən bıçaq zərbəsi” adlandırıb və bütün günahkarların məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.
Bizim.Media