Xəbər verdiyimiz kimi, Ukraynanın Rusiya qoşunlarından azad edilmiş Kiyev vilayətinin ərazisindən aprelin 1-dən 3-dək 410 nəfər dinc sakinin meyiti çıxarılıb. Bununla bağlı çəkilən foto və videolar dünya mediasını, aparıcı ölkə rəhbərlərini, ekspert və hərbi mütəxəssisləri şoka salıb.
Bizim.Media xəbər verir ki, Ukraynaya məxsus Telegram kanallarında Buçada yerləşən və aprelin 30-da həmin ərazini tərk edən rus əsgərlərinin fotolarını yayıb.
Mənbə yazır ki, həmin əsgərlər Xabarovsk diyarının Knyaz-Volkonskoye kəndində yerləşən 51460 saylı hərbi hissədə xidmət ediblər.
Ukrayna mətbuatı qeyd edir ki, tezliklə o əsgərlərin hər biri adları ilə tanınacaq.
Bizim.Media