Rusiyada azərbaycanlı milyoner dünyasını dəyişdi

Rusiyada azərbaycanlı milyoner dünyasını dəyişdi

Hazırda oxunan: Rusiyada azərbaycanlı milyoner dünyasını dəyişdi

67775

Rusiyanın Yakutsk şəhərində “Almaz” mağazalar şəbəkəsinin sahibi, azərbaycanlı milyoner Mətləb İbadov dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı news.ykt.ru saytı yayıb.

Mənbə yazır ki, Mətləb İbadov 1978-ci ildən Yakutiyada işləyir. Hələ sovet dövründə “Studenchesky” mağazasını tikdirmişdi.

Bu gün o, əsasən “Almaz” ticarət şəbəkəsinin sahibi kimi tanınır. İbadov Yakutiyada alkoqolun ən böyük rəsmi topdansatış distribyutorlarından biridir. O, həmçinin yol tikintisi ilə məşğul olub, Alaas şirkətinin sahibidir.

Mətləb İbadov praktiki olaraq müsahibə verməyib, jurnalistlərlə ünsiyyət qurmayıb. O, həmişə ictimai adam olmadığını vurğulayıb. 

Onun şəbəkəsi Yakutiyanın keçmiş rəhbəri Yeqor Borisovla bağlı olub, lakin İbadov bunu təkzib edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO