Lev Tolstoy Rusiyada ekstremist elan edildi

Lev Tolstoy Rusiyada ekstremist elan edildi

Hazırda oxunan: Lev Tolstoy Rusiyada ekstremist elan edildi

67765

Moskvanın  “Xamovniki”  daxili işlər idarəsinin əməkdaşları müharibə əleyhinə nümayişin iştirakçısına qarşı Rusiya silahlı qüvvələrini nüfuzdan salmaq maddəsi ilə protokol tərtib ediblər. 

Bizim.Media xəbər verir ki, buna Lev Tolstoyun bir sitatı təkan verib. 

“OVD-İnfo” müstəqil insan haqları media layihəsinə görə, Tolstoy ekstremizmi təbliğ edirmiş.

Bir gün əvvəl Moskvada keçirilən aksiyanın iştirakçısı A.Nikitinin plakatında belə yazılmışdı:

“Vətənpərvərlik insan ləyaqətindən, ağıldan, vicdandan imtina etmək və özünü hakimiyyətdə olanlara qul kimi təslim etməkdir. Vətənpərvərlik köləlikdir”. Sitat Lev Tolstoyun 1893-1894-cü illərdə yazdığı “Xristianlıq və Vətənpərvərlik” kitabından götürülüb.

İş materiallarında göstərilir ki, “Lev Nikolayeviç Tolstoy tarixi faktlara görə, şərti olaraq “inqilab güzgüsü” adlandırılan tarixi şəxsiyyətdir.

“Məlum faktdır ki, Tolstoyun əsərlərində və publisistik məqalələrində hakim rejim, xüsusilə sosial partlayış zamanı zorakılığa haqq qazandırdığı üçün ciddi tənqid olunurdu. Beləliklə, vətəndaş Nikitinin hərəkətləri Tolstoyun ideologiyasına əməl etməklə yanaşı, mövcud hakimiyyəti devirməyə çağırış kimi də yozulmalıdır”. - protokolda qeyd edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO